“eTwinning Plus” layihəsində iştirak etmək üçün məktəblərin qeydiyyatını Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi həyata keçirir. Sizin məktəbiniz ilkin seçimdən keçibsə və siz qeydiyyata alınırsınızsa, “eTwinning” İşçi masasına çıxış imkanı ilə təmin olunursunuz. Burada siz məktəblərlə tərəfdaşlıq əlaqələrinin qurulmasına hazır olan və “eTwinning Plus” portalında qeydiyyatdan keçmiş məktəb və müəllimlər haqqında məlumat əldə edə, birgə təhsil layihələri üzərində işləyə bilərsiniz. Yeni qoşulan müəllimlər üçün portalda iş üzrə layihə səfirlərinin ödənişsiz təlimləri təşkil olunur. Yalnız portalda qedyiyyatdan keçdikdən sonra təlimlərə qoşulmaq olar. Təlimlər 2 gün davam edir. Gün ərzində 4 saatlıq təşkil olunan təlimlərdə 10-15 “eTwinning”çi iştirak edir. Təlim sonunda pedaqoji işçilər üçün hazırlanmış “eTwinning təlim kitabçası" verilir. Bu kitabça təlim zamanı öyrəndikləri biliklərin toplusudur.
Təlimlərimiz 5 mərkəzdə keçirilir. Qoşulmaq üçün seçdiyiniz mərkəz üzrə qeydiyyatdan keçə bilərsiniz: