Layihədə iştirak edən məktəb, müəllim və şagirdlərə dəstək olmaq, onları lazımi təlim və konsultasiya ilə təmin etmək məqsədilə hər iştirakçı ölkədə Tərəfdaş Dəstək Agentliyi yaradılmışdır. 16-cı ildən etibarən Azərbaycanda layihənin fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) reallaşdırır.Bu məqsədlə, layihənin müqaviləsi 25 iyul 2016-ci il tarixində TSİİ tərəfindən imzalanmışdır.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 iyun tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmışdır. İdarənin əsas məqsədi İKT-nin təhsilə tətbiqini artırmaqdır. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin iş fəaliyyətinə orta təhsil səviyyəsində pedaqoji kadrlar üçün təlimlərin təşkili, orta ümumtəhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı, müasir metodlara əsaslanan tədris vəsaitlərinin, elektron resursların, müxtəlif elektron sistemlərin istifadəsi, İKT-nin təhsilə tətbiqi üzrə müxtəlif layihələr və təhsil müəssisələrinin İnternet və İntranet bağlantıları ilə təminatı daxildir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrində müəllimlərin interaktiv şəkildə tədrisi üçün lazım olan İKT avadanlıqlarının təminatı ilə həm şagirdlərin maraqlı öyrənməsini təmin edir, həm də müəllimlərin rəqəmsal savadlılığının artırılması istiqmətində inkişafına dəstək olur.
“eTwinning Plus” layihəsinin Azərbaycandakı rəsmi agentliyi olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi haqqında daha geniş məlumatı idarənin rəsmi İnternet ünvanından əldə edə bilərsiniz, www.ict.edu.az.
Layihə üzrə əlaqələndirici şəxs - Fidan Nəcəfova (fnecefova@tsii.edu.az, +99470 2885578)